Bank Of Baku

Misir Mərdanov “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin meneceri Herbert Strobelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Misir Mərdanov “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin meneceri Herbert Strobelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 23 sentyabr 2011 14:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya tərəfdən meneceri Herbert Strobelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov görüşdə Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. O, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”ni yüksək dəyərləndirərək, bununla bağlı nazirlik tərəfindən müvafiq dəstək göstəriləcəyini bildirib.

Nazir bildirib ki, Avropa İttifaqı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək layihə ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı məsələsinin təkmilləşdirilməsinə layiqli töhfələr verəcək. M. Mərdanov onu da deyib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır.

H. Strobel layihə üzrə birgə görüləcək işləri nəzərə çatdırıb. O, bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas müddəalardandır. H. Strobel layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçimi, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə görüləcək işlərdən söhbət açıb, layihə çərçivəsində çalışacaq ekspertlər üçün səmərəli iş şəraitinin yaradılması və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili və layihənin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR