Bank Of Baku

Belarusla Azərbaycan arasında ilk peşə ixtisas təhsili üzrə layihə həyata keçiriləcək

Belarusla Azərbaycan arasında ilk peşə ixtisas təhsili üzrə layihə həyata keçiriləcək
# 11 noyabr 2011 15:14 (UTC +04:00)
ⅦBakı. Sevil Zeynalqızı - APA. Təhsil nazirinin müavini Qulu Novruzov Belarus Təhsil Nazirliyinin Texniki peşə təhsili idarəsinin müdiri Eduard Qançar və Belarus Peşə Təhsili İnstitutunun rektoru Arkady Şklyarla görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Q. Novruzov iki arasında təhsil sahəsində əməkdaşlıq üzrə sazişə əsasən hər iki ölkənin peşə və orta ümumtəhsil sistemi ilə tanışlıq məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsinin və birgə layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. O, bununla bağlı işçi qruplarının yaradıldığını, pilot olaraq ilk-peşə ixtisas təhsili müəssisəsinin seçildiyini bildirib.

E. Qançar isə qeyd edib ki, birgə layihənin reallaşdırılması istiqamətində lazımı dəstək göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR