Bank Of Baku

Qənirə Paşayevanın kitabının satışından əldə olunacaq gəlir kimsəsiz bir ailənin mənzil probleminin həllinə yönəldiləcək

Qənirə Paşayevanın kitabının satışından əldə olunacaq gəlir kimsəsiz bir ailənin mənzil probleminin həllinə yönəldiləcək
# 12 noyabr 2011 12:42 (UTC +04:00)
Bakı - APA. Noyabrın 19-da millət vəkili Qənirə Paşayevanın yenicə çapdan çıxmış “Onun Sevgi məktubları...” adlı romanının təqdimatı və oxucular üçün imzalanma mərasimi keçiriləcək.

APA-nın məlumatına görə, mərasim saat 15.00-da “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar”dakı satış məntəqəsində baş tutacaq.

Millət vəkili bildirib ki, “Onun Sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə həyat yoldaşını itirmiş, üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən Qənirə Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırarsa, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş edəcəyini deyib.

Qeyd edək ki, “Onun Sevgi məktubları” romanı xanım millət vəkilinin yazdığı ilk bədii əsər olub, çağdaş Azərbaycan ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Gerçək olaylar üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nəql olunan sevgi hekayəti qədər gerçəkdir. Q.Paşayevanın özünün də gerçək iştirakçılarından, qəhrəmanlarından biri olduğu hekayət bədii təhkiyə və xırda müdaxilələrlə oxuculara çatdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR