Bank Of Baku

Kürdəmirdə 150-yə yaxın evin zirzəmisini və həyətyanı sahəsini su basıb

Kürdəmirdə 150-yə yaxın evin zirzəmisini və həyətyanı sahəsini su basıb
# 14 noyabr 2011 11:37 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. İki gün davam edən güclü yağışlar Kürdəmir rayonunda problemlər yaradıb. APA-nın xəbərinə görə, Kürdəmir şəhərində və ona bitişik Atakişili kəndində 150-yə yaxın evin zirzəmisi və həyətyanı sahəsini su basıb.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Vasif Məmmədovun APA-ya verdiyi məlumata görə, şəhərin Aran qəsəbəsi, İslam Məmmədov, Koroğlu küçələri, Atakişili kəndində yaranan problemi aradan qaldırmaq üçün tədbirlər görülür. Həyətlərə və zirzəmilərə dolan suyu çəkmək üçün 15-ə yaxın nasos və 2 yanğınsöndürən maşın ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR