Bank Of Baku

BDU-nun rektoru: “Orta məktəbdə dərs demək universitetdə həmin işi görməkdən on dəfə çətindir”

BDU-nun rektoru: “Orta məktəbdə dərs demək universitetdə həmin işi görməkdən on dəfə çətindir”
# 14 noyabr 2011 11:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları” mövzusunda II respublika elmi-metodiki konfransı başlayıb. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov müasir dövrdə elm və təhsil sahəsində olan problemlərdən və onların həlli yollarından danışıb. O bildirib ki, bunun üçün ilk növbədə, mühiti düzgün formalaşdırmaq, Avropa mühitini Azərbaycan ali təhsil müəssisələrinə gətirmək lazımdır. A. Məhərrəmov təhsildə istifadə olunan metodikalardan da danışıb: “Ali məktəbdə dərs demək asandır. Orta məktəbdə dərs demək universitetdə həmin işi görməkdən on dəfə çətindir”.

Tədbirdə “Gənc istedadlar liseyi”nin fəaliyyətindən bəhs edən slayd-şou göstərilib.
Sonra Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov “Ümumtəhsil məktəblərində təlimin keyfiyyətini yüksəltməyin mühüm şərtləri”, liseyin müəllimi Gülşən Əliyeva isə “BDU nəzdindəki “Gənc istedadlar” liseyində Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi təcrübəsindən” mövzusunda məruzələr ediblər.

Konfrans iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR