Bank Of Baku

Gələn ay Əmmanda Azərbaycanın ali təhsil müəssisələri üçün sərgi keçiriləcək

Gələn ay Əmmanda Azərbaycanın ali təhsil müəssisələri üçün sərgi keçiriləcək
# 14 noyabr 2011 11:55 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı bu ölkənin Ali Təhsil və Elmi Tədqiqatlar NaziriRovaida Al-Maaitahla görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə səfir Azərbaycanın Təhsil Nazirliyi tərəfindən 2012-ci ilin aprel və yaxud may aylarında Əmmanda Azərbaycanın ali təhsil müəssisələri üçün sərgi keçirmək istəyində olduğunu bildirib. Nazir qeyd olunan sərginin yüksək səviyyədə keçirilməsi üçün hər cür köməklik göstəriləcəyinə əmin edib.

Görüşdə xanım Rovaida Al-Maaitah hər iki tərəf üçün münasib olan vaxtda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib. Daha sonra Nazir 23-26 noyabr 2011-ci il tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologoya üzrə Daimi Komitəsinin (COMSTECH) İcrayyə Orqanının iclasında İordaniya Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Baş Katibi Mustafa Al Advanın iştirak edəcəyini bildirib. İki ölkənin elm və təhsil sahələrində əlaqələrinin daha da inkişaf etdirilməsi niyyəti ilə Al Advanın səfər çərçivəsində Azərbaycan Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında və Azərbaycan Diplomatik Akademiyasında görüşlər keçirəcəyini qeyd edib.

Görüşdə Bakı Dövlət Universiteti ilə İordaniya Universiteti arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub. Bununla bağlı olaraq nazir adıçəkilən universitetlər arasında imzalanması nəzərdə tutulmuş əməkdaşlığa dair “Qarşılıqlı Anlaşma Memorandumu” layihəsinin İordaniya tərəfindən artıq paraflandığını qeyd edib və imzalanmaq üçün Azərbaycan tərəfindən nümayəndə heyətini qəbul etməyə hazır olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR