Bank Of Baku

“Müstəqil Azərbaycanda dini təhsil” mövzusunda konfrans keçirilib

“Müstəqil Azərbaycanda dini təhsil” mövzusunda konfrans keçirilib
# 16 noyabr 2011 13:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetində (BDU) “Müstəqil Azərbaycanda dini təhsil” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə BDU-nun rəhbərliyi, universitetin ilahiyyat fakültəsinin tələbə-müəllim heyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi iştirak edib.

Konfransda BDU-nun rektoru Abel Məhərrəmov, DQİDK-nin sədri Hidayət Orucov, onun mavini Gündüz İsmayılov, BDU-nun ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev çıxış edib. Natiqlər Azərbaycan dövlətinin dinlə bağlı siyasətindən danışaraq, tələbələrə məsləhət və tövsiyələrini veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR