Bank Of Baku

Moskvada keçirilən konfransda “Azərbaycanda qeyri-maddi mədəni irsin infrastruktur təminatına dair islahatlar” mövzusunda məruzə dinlənib

Moskvada keçirilən konfransda “Azərbaycanda qeyri-maddi mədəni irsin infrastruktur təminatına dair islahatlar” mövzusunda məruzə dinlənib
# 17 noyabr 2011 09:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Moskvada “Müasir Rusiyada etnik mədəniyyət: ənənələr və yeniliklər” mövzusunda Ümumrusiya elmi-praktiki konfrans təşkil edilib. Konfransda “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin tərtibi, yeni məlumatların toplanılması, elektron formada yığılması və sistemləşdirilməsi üzrə operator Mətanət Əmrullayeva və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Mədəni irs şöbəsinin Qeyri-maddi mədəni irs bölməsinin metodisti Selcan Nəsirova iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Litva, Qazaxıstan və Estoniyanın, həmçinin Rusiya Federasiyasının Buryatiya, Kareliya, Mari El, Udmurtiya, Komi respublikaları, Xantı-Mansiysk Muxtar vilayəti, Həştərxan, Orenburq, Kurqan, Çelyabinsk, Xabarovsk, Krasnodar, Ulyanovsk, Leninqrad vilayətlərinin nümayəndələrinin qatıldığı konfransın əsas məqsədi millətlərarası və xalqlararası mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, xalq yaradıcılığının qorunması və onun müasir cəmiyyətə inteqrasiyası ilə bağlı təcrübənin bölüşdürülməsindən ibarət olub. Azərbaycan M. Əmrullayeva “Azərbaycan Respublikasında qeyri-maddi mədəni irsin infrastruktur təminatına dair islahatlar” mövzusunda çıxış-təqdimat keçirib. Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində həyata keçirilən islahatlar, problemlər, hazırda görülən işlər və növbəti layihələr haqqında məlumat verib. S. Nəsirova tərəfindən nümayiş etdirilən, xalqımızın qədimliyini, bütün tarixi dövrlərdə yüksək mədəniyyətə, iqtisadi inkişafa və əxlaqa malik olmasını sübut edən “Azərbaycan milli geyimləri” mövzusunda təqdimat, xalq mahnısı “Sarı gəlin”nin sədaları altında təfsilatlı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR