Bank Of Baku

Azərbaycanda gələn il təhsil və səhiyyə işçilərini maaşları artırılacaq

Azərbaycanda gələn il təhsil və səhiyyə işçilərini maaşları artırılacaq
# 17 noyabr 2011 11:58 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov parlament komitələrinin bu gün birgə keçirilən iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsində əmək haqlarının artımı ilə bağlı maddələr nəzərdə tutulub. Amma bu artımlar dövlət ali məktəblərində çalışanlara şamil olunmayacaq: «Ali təhsil müəssisələri ilə bağlı başqa mexanizm - adambaşına maliyyələşdirmə sxemi nəzərdə tutulub. Bu gün ali məktəblərə dövlət birbaşa vəsait ödəmir. Biz sadəcə bu məktəblərə tələbələrin təhsil alma pullarını ödəyirik».

Nazir bildirib ki, dövlət ali məktəblərə yalnız əsaslı xərclərlə bağlı kömək edəcək: «Bura maddi-texniki təminat, yeni korpusların tikilməsi və s. aiddir».

S.Şərifov ali məktəb tələbələrinin yataqxana təminatı ilə bağlı məsələyə də toxunub: «Yataqxanalar məsələsinin həllinə dövlət başçısının tapşırığı ilə vəsait ayrılıb. Əsas problem həmin yataqxanalarda qaçqın və məcburi köçkünlərin məskunlaşmasıdır. Bu məsələ həll olunacaq və məcburi köçkünlərin yenidən məskunlaşdırılması ilə bağlı qərarlar qəbul ediləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR