Bank Of Baku

AMEA İqtisadiyyat İnstitutu beynəlxalq mükafata layiq görülüb

AMEA İqtisadiyyat İnstitutu beynəlxalq mükafata layiq görülüb
# 17 noyabr 2011 12:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu Avropa Biznes Assambleyasının (ABA) Ekspertlər Şurası tərəfindən “Ən yaxşı müəssisə” adına layiq görülüb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, institutun adının dinamik inkişaf edən müəssisələrin Ümumavropa reyestrinə salınması, institutun rəhbərinə “İlin ən yaxşı top–meneceri” sertifikatının təqdim edilməsi haqqında qərar qəbul olunub. İnstitutun direktoru İsa Alıyevin Avropanın və Böyük Britaniyanın nüfuzlu mükafatlarından olan “Kraliça Viktoriya xatirə medalı” ilə təltif edilməsi üçün namizədliyi irəli sürülüb.

Mükafatın təqdimetmə mərasimi dekabrın 10-13-də Böyük Britaniyanın Oksford şəhərində, Liderlərin Oksford Sammiti çərçivəsində keçiriləcək. Tədbirdə 30 ölkədən olan siyasətçi, diplomat, alim və mədəniyyət xadimləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR