Bank Of Baku

Quba Soyqırımı Memorual Xatirə Kompleksi gələn ilin sentyabrına kimi hazır olacaq

Quba Soyqırımı Memorual Xatirə Kompleksi gələn ilin sentyabrına kimi hazır olacaq
# 17 noyabr 2011 14:00 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev deyib.

Onun sözlərinə görə, hazırda kompleksdə sürətli tikinti işləri gedir. Quba məzarlığının üstü qışa hazırlıq məqsədilə örtülüb. Lakin sümüklərin dərmanlanması ilə bağlı problem hələ də həll edilməmiş qalıb: “Sümüklərdə çürümə prosesi yenə də davam edir. Havanın nəmliyi bu prosesi daha da sürətləndirir. Dərmanlama isə hələ də həyata keçirilməyib”.

Qeyd edək ki, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın yeganə şahidi olan Quba məzarlığı 2007-ci ilin aprelin 1-də aşkarlanıb. 2009-cu ilin dekabrında ölkə prezidenti Quba Soyqırımı Memorial Xatirə Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR