Bank Of Baku

2010-cu ildə 40 min 349 azərbaycanlı miqrant Rusiya ərazisində işləmək üçün icazə alıb

2010-cu ildə 40 min 349 azərbaycanlı miqrant Rusiya ərazisində işləmək üçün icazə alıb
# 17 noyabr 2011 14:29 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Federal Miqrasiya Xidmətinin statistikasına əsasən 2010-cu ildə 40 min 349 azərbaycanlı miqrant Rusiya Federasiyası ərazisində işləmək üçün icazə alıb. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında “Miqrasiya XXI əsr” Fondunun prezidenti, Rusiya Federal Miqrasiya Xidməti baş direktorunun sabiq birinci müavini Vyaçeslav Postavnin deyib. O bildirib ki, statistikada göstərilən rəqəmlər başqa ekspertlərin apardığı araşdırmalarla bağlı statistik rəqəmlərlə təxminən üst-üstə düşür: “Federal Miqrasiya Xidmətinin statistikasına görə, 40 min 349 azərbaycanlı miqrantdan 1599 nəfəri kənd təsərrüfatı, 3806 nəfəri yeyinti sənayesi, 13 min 54 nəfəri tikinti, 11 min 727 nəfəri pərakəndə və topdansatış, 10 min 163 nəfəri isə nəqliyyat və rabitə sahəsində çalışanlardır. Çox güman ki, bu rəqəmlər 2011-ci il üçün açıqlanacaq statistikada da çox dəyişməyəcək ”.

V. Postavnin Rusiya ərazisində 2 milyona yaxın azərbaycanlının yaşadığını söyləyib: “Bunların içində Rusiya vətəndaşlığını alanlar və ölkə ərazisində qeyri-qanuni olanlar da var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR