Demokratik İslahatlar Partiyasının sədri Azərbaycanın 2012-ci ilin dövlət büdcəsinə təkliflər verib
Demokratik İslahatlar Partiyasının (DİP) mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, bu fikri DİP-in sədri Asim Mollazadə Milli Məclisin altı komitəsinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. “Biz dövlət büdcəsinə qeyri-neft sektorundan gələn gəlirlərin artımını gözləyirdik. Amma təəssüf ki, Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsində ağırlıq yenə də Dövlət Neft Fondunun vəsaitlərinin üzərinə düşür” –deyən millət vəkili islahatların aparılması vacib olan sahələrə toxunub. Qeyd edib ki, yeni xəstəxanaların tikilməsi, müasir tələblərə cavab verən diaqnostik mərkəzlərin açılması müsbət haldır. Amma səhiyyə sahəsinin inkişafı, əhalinin pulsuz tibbi yardımdan faydalanması üçün məcburi tibbi sığorta sisteminin tətbiqi zəruridir. “Ayda 80 manat maaş alan həkimlərin əməkhaqqını 10-20 manat artırmaqla onların problemini həll etmək olmaz. Məcburi sığortanın tətbiq olunması isə, həm həkimlərin əməkhaqqı problemini həll edəcək, həm də ölkə səhiyyəsinin səviyyəsini yüksəldəcək” –deyən millət vəkili təhsil sahəsinin problemlərinə də toxunub. O qeyd edib ki, müasir tipli təhsil komplekslərinin inşa olunmasına, məktəblərin yenilənməsinə adekvat olaraq təhsilin səviyyəsini də yüksəltmək zəruridir. Mollazadənin fikrincə, məktəbəqədər təhsil, orta təhsil, peşə təhsili və ali təhsillə bağlı müvafiq qanunvericilik bazası yaradılmalı, təhsilin bu sahələrində ciddi islahatlar aparılmalıdır. «Büdcədən təhsilə ayrılan pullar birbaşa ailələrə istiqamətləndirilməlidir ki, valideynlər uşaqlara bilik vermək məqsədilə əlavə vəsaitlər sərf eləməyə məcbur olmasınlar»- deyən A.Mollazadə . hesab edir ki, orta məktəbi bitirib ali təhsil almaq imkanı olmayan gənclərin texniki təmayüllü təhsilə yönəldilməsi vacibdir: “Texniki təmayüllü məktəblərin 600-dən çoxunun binası özəlləşdirilib və şadlıq evlərinə çevrilib, nəticədə gənclik texniki təmayüllü təhsildən məhrum olub”. Millət vəkili prezidentin Boloniya sisteminə keçidlə və xaricdə təhsillə bağlı sərəncamlarının yerinə yetirilməsinin ləngidiyi deyib. O, dünyadakı 5 min universitet arasında Bakı Dövlət Universitetinin 621-ci yerdə olmasını Boloniya sisteminə inteqrasiyadakı çatışmazlıqlarla izah edib. Mollazadə çıxışında universitetlərin yataqxana probleminə də toxunub: «Dünyanın bütün nüfuzlu universitetlərinin yataqxanaları var. Bizdə isə, rayonlardan ali təhsil almağa gələn gənclər kifayət qədər bahalı şəhər olan Bakıda kirayədə qalmağa məcbur olurlar. Tələbələrin rahatlığını təmin etmək məqsədilə universitetlər üçün yeni yataqxanalar tikilməli və ya köhnə binalar təmir edilməlidir».
Millət vəkili dünyadakı iqtisadi böhran və inflyasiyanın Azərbaycanın xaricdəki diplomatik korpusunda işləyən diplomatların maddi durumuna mənfi təsirindən də danışıb. O qeyd edib ki, diplomatların əmək haqları onların işlədikləri ölkələrdəki inflyasiya ilə indeksləşdirilməlidir.
Sosial
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır
Vilayət Eyvazov Lerikdə qəbul, Lənkəranda sıra baxışı keçirib - VİDEO
Rəşad Mahmudov: Dövlət xəstəxanaları dərman satın alınmasında problemlə üzləşir
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Xəbər Lenti
"Bakı Fond Birjası"nın dövriyyəsi 35% azalıb
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - I yarımil/2026
Rusiyada daha bir azərbaycanlı diaspor rəhbərinin vətəndaşlığı ləğv olunub
Ankarada prezident iqamətgahında Trampın rəsmi qarşılanma mərasimi olub
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reysinin açılması gündəmdə deyil
Azərbaycan “Metrik Konvensiya”ya qoşulub
Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb
SXA daha 30 ukraynalı uşağı reabilitasiya məqsədilə Azərbaycana gətirib
Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək
Prezident 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib
Zelenski: Ukrayna NATO-ya məxsusdur
ADY: Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir
Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı tələbata uyğun davam etdirilir
Cevdet Yılmaz: Ərdoğan-Tramp görüşündə Cənubi Qafqaz və Zəngəzur dəhlizi müzakirə ediləcək
Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb
Ərdoğan Donald Trampı Ankara hava limanında qarşılayıb - YENİLƏNİB - VİDEO
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır
Rusiyada xarici ID xidmətləri vasitəsilə avtorizasiya qadağan edilib
Vilayət Eyvazov Lerikdə qəbul, Lənkəranda sıra baxışı keçirib - VİDEO
Oğuzda buğda yüklü TIR yanıb - FOTO
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən daha bir vəzifəli şəxsinin məhkəməsi başlayır
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
NATO Baş katibi: Bu gün on milyardlarla dollarlıq kontraktlar imzalanıb
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı müzakirə olunub
Putinin sözçüsü: Ankarada keçirilən NATO sammiti Kremldə böyük maraq doğurur
Yaşar Gülər: NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq öhdəliyi böyük əhəmiyyət daşıyır
Peskov: Ukrayna sülh yolu ilə nizamlanmaya hazır olmadığı müddətdə Rusiya hərbi əməliyyatı davam etdirəcək
Enerji Effektivliyi İnformasiya Sistemi Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək
Ukrayna Rusiyanın hərbi sənaye obyektlərinə və Krımdakı dəmir yolu körpülərinə zərbələr endirib
Rəşad Mahmudov: Dövlət xəstəxanaları dərman satın alınmasında problemlə üzləşir
Səudiyyə Ərəbistanı bayrağı altında üzən neft tankeri Hörmüz boğazı yaxınlığında zədələnib
BTQ Kanaki-Yeni Kaledoniyada keçirilmiş əyalət seçkilərinin nəticələrinə həsr olunmuş görüş təşkil edib
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Könüllülərə, təcrübə keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun ödəniləcək
MN-in baş direktoru və bir qrup hərbçi təltif edilib
Çində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər itkin düşüb
Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılır
Azərbaycan vətəndaşının Tbilisidə qətli ilə bağlı ittiham irəli sürülüb
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor üçün yeni güzəşt müəyyənləşir
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin vəzifələri və hüquqları müəyyən edilir
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri genişlənir
Ukrayna Azov dənizində Rusiyaya məxsus 8 tankeri vurub - VİDEO
Təhsilin rəqəmsal gələcəyi: Süni intellekt öyrənmə modelini necə dəyişəcək? – TƏHLİL
Bakıda narkokuryerlikdə şübhəli bilinən 4 nəfərdən 70 kq narkotik götürülüb - VİDEO