Bank Of Baku

Azərbaycanda ətraf mühitə vurulan ziyana görə bir sıra müəssisələr cərimələnib

Azərbaycanda ətraf mühitə vurulan ziyana görə bir sıra müəssisələr cərimələnib
# 18 noyabr 2011 08:33 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aşkarlanmış qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıb.
“Bahar Enerji” Əməliyyat Şirkətinin fəaliyyət zonasında ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunma vəziyyəti araşdırılıb. Karbohidrogen ehtiyatlarının mənimsənilməsində mövcud ətraf mühitin mühafizəsi və bu sahədə qəbul olunmuş normativ hüquqi aktların tələblərini pozduğuna görə şirkət hüquqi şəxs qismində 10000 manat cərimə edilib.
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”, “28 May” və “Abşeronneft” NQÇİ-lərində aparılan araşdırmalar zamanı müəssisələrdən Xəzər dənizinə istehsalat sularının axıdılması və atmosferə zərərli maddələrin atılması faktları aşkarlanıb. “Azneft” İB-yə 35730 manat məbləğində cərimə tətbiq edilib.
“Neftçala Operating Company LTD” şirkətinin Neftçala, Xıllı, Durovdağ-Babazanan və Ramanı neft yataqlarında aparılmış araşdırmalar zamanı aşkar olunmuş çatışmazlıqlarla əlaqədar akt tərtib olunub. “Balaxanıneft” NQÇİ-də ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb, atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssisəyə 5324 manat məbləğində ödəmə tətbiq edilib.
“Bibiheybət” NQÇİ-də aparılmış araşdırma zamanı aşkarlanmış çatışmazlıqlarla əlaqədar akt tərtib olunub, su mühitinə və atmosfer havasına atılan zərərli maddələrə görə müəssisəyə 3267 manat məbləğində ödəmə tətbiq edilib.
“Suraxanı Oil Operation Company S.A.” şirkətinin neft yatağında ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti yoxlanılıb. Ətraf su mühitinə atılan zərərli maddələrə görə şirkətə 10057 manat məbləğində ödəmə tətbiq edilib.
“Binəqədi Oil Operation Company S.A.” şirkətinin Binəqədi neft yataqları blokları yerləşən ərazi və mövcud infrastruktur obyektlərinin vəziyyəti ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb. Qazma şlamlarının düzgün yerləşdirilməməsi və tullantı sularının tərkibində neft məhsullarının olduğu müəyyən edilib. Müəssisəyə 9250 manat məbləğində ödəmə tətbiq edilib.
“Qarasu” Əməliyyat Şirkətində aparılan araşdırma zamanı atmosfer havasına və ətraf əraziyə atılan zərərli maddələrə görə müəssəisəyə 7500 manat məbləğində ödəmə tətbiq edilib. Çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisələrin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR