Bank Of Baku

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 18 noyabr 2011 10:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 16-da pediatriya, uşaq cərrahiyyəsi və üz-çənə cərrahiyyəsi ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 110 həkim iştirak edib. İştirakçılardan 2 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərib. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 105 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları ümumi cərrahiyyə, terapiya və anesteziologiya-reanimatologiya ixtisasları üzrə noyabrın 23-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR