Bank Of Baku

Dünya Bankı “Ünvanlı Sosial Yardım” proqramını qiymətləndirəcək

Dünya Bankı “Ünvanlı Sosial Yardım” proqramını qiymətləndirəcək
# 18 noyabr 2011 10:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya Bankının sosial müdafiə proqramları üzrə məsləhətçisi Hernando Quintero Azərbaycanda tətbiq edilən “Ünvanlı Sosial Yardım” (ÜSY) proqramının beynəlxalq standartlara uyğun olaraq qiymətləndirilməsini həyata keçirmək məqsədilə Bakıya səfər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində ÜSY proqramının, qanunvericilik bazasının (sosial təminat siyasəti), Məlumatların idarəetmə sisteminin (MİS) hazırlanması, eyni zamanda sosial ödənişlər üçün maliyyə məsələlərinin avtomatlaşdırılmış idarə olunması, sosial yardım proqramının nəzarət və yoxlama funksiyalarının həyata keçirilməsi istiqamətləri üzrə qiymətləndirmələrin aparılması nəzərdə tutulur. ƏƏSMN və Əhalinin Sosial Müdafiəsi Mərkəzində görüşlər keçirən beynəlxalq məsləhətçi Azərbaycanda həyata keçirilən sosial yardım proqramını ən mütərəqqi sosial proqramlardan biri kimi qiymətləndirib.

Qeyd edək ki, Azərbaycanda tətbiq olunan sosial yardım proqramı modelinin dərindən öyrənilməsi və digər ölkələrdə tətbiqi imkanlarının araşdırılması barədə ilkin razılıq cari ilin 30 may-3 iyun tarixlərində “Aşağı gəlirli ölkələrdə dayanıqlı sosial təminat proqramlarının hazırlanması” mövzusunda Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində təşkil edilən beynəlxalq forumda əldə edilib. Həmin konfransda Azərbaycan nümayəndə heyəti sosial sahədə dünyada ən səmərəli nümunələrdən olan ÜSY proqramı və gələcəkdə tətbiq edilməsi nəzərdə tutulan digər aktiv sosial proqramlar haqqında məlumat verib. Forum iştirakçıları Azərbaycanda tətbiq edilən sosial yardım proqramını maraqla qarşılayıb. Dünya Bankının Sosial Müdafiə Sektorunun əməkdaşları isə Azərbaycan modelini mövcud mükəmməl proqramlardan biri kimi qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR