Bank Of Baku

Təhsil Nazirliyinin idarə rəisi: “Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı posedurun sadələşdirilməsinə ehtiyac yoxdur”

Təhsil Nazirliyinin idarə rəisi: “Azərbaycanda uşaqların övladlığa verilməsi ilə bağlı posedurun sadələşdirilməsinə ehtiyac yoxdur”
# 22 noyabr 2011 14:23 (UTC +04:00)
Bu haqda APA-ya Təhsil Nazirliyinin De-institutlaşma və uşaq müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyeva bildirib. Onun sözlərinə görə, vətəndaşların çətin saydıqları sənədlər övladlığa verilən uşaqların həyatları üçün çox əhəmiyyətlidir: “Vətəndaşların çətin dedikləri yalnız 3 sənədlə bağlıdır. Həmin sənədlər övlad götürmək istəyənlərin ruhi-əsəb, narkoloji dispanserlərdə qeydiyyatda və virus daşıyıcısı olub-olmamaları ilə bağlıdır. Bu sənədlər çox vacibdir və onlar olmadan uşaqların övladlığa verilməsi həyatlarını təhlükə altına atmaqdır. Qalan sənədlər, yaşayış, iş yerlərindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yeri haqqında məlumatdır. Burada çətin sənədlər yoxdur”.

M. Hacıyeva deyib ki, övlad götürmək istəyənlərin mənzil şəraitlərinə keçirilən baxışlarda İcra Hakimiyyətlərinin nəzdindəki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə yanaşı, Mənzil İstismar Sahəsinin və ya icra nümayəndələrinin iştirakı da təmin edilib: “Evə baxış keçirilir və akt tərtib olunur. Müəyyən edilir ki, uşağın həmin evdə yaşaması üçün şərait var, ya da yoxdur. Bu proses də vətəndaş üçün heç bir çətinlik yaratmır”.
İdarə rəisi onu da qeyd edib ki, övlad götürmək istəyənlər lazım olan sənədləri yerli icra hakimiyyətinə təqdim edir. Sənədlər oradan Təhsil Nazirliyinə göndərilir və nazirlikdə siyahıya alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR