Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qadınların hüquqlarının qorunması məqsədilə Şura yaradılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qadınların hüquqlarının qorunması məqsədilə Şura yaradılıb
# 23 noyabr 2011 07:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə konfederasiyanın sədri Səttar Mehbalıyev bildirib. S. Mehbalıyev deyib ki, Şura yerlərdən gələn şikayətləri, əsasən də qadınların qarşılaşdığı problemlər, məruz qaldıqları ayrı-seçkilik faktlarını araşdıracaq: “Bundan başqa konfederasiyanın hüquq şöbəsinə tapşırılıb ki, hüquqi müstəvidə problemləri olan qadınlara yardım edilsin. Bu məsələdə qadınların həmkarlar təşkilatının üzvü olub-olmaması əsas deyil. İstənilən qadın bizə müraciət edərək, hüquq müstəvisində kömək ala bilər. Hüquq şöbəsi hüquqları pozulan qadınların maddi tələb olmadan vəkillə təmin olunmasına da kömək etməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR