Bank Of Baku

Gələn il Azərbaycanda təbii artımın 140 min nəfər olacağı proqnozlaşdırılır

Gələn il Azərbaycanda təbii artımın 140 min nəfər olacağı proqnozlaşdırılır
# 23 noyabr 2011 07:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, Milli Məclisin (MM) Sosial Siyasət Komitəsində “Sosial qanunvericilik: reallıqlar və perspektivlər” mövzusunda keçirilən dinləmələrdə komitə sədri Hadı Rəcəbli deyib ki, gələn il Azərbaycanda 52-54 min insanın öləcəyi, 196 min uşağın doğulacağı gözlənilir. Onun sözlərinə görə, gələn il ölkədə təbii artım təxminən 140 min nəfər olacaq. H. Rəcəbli 2010-cu ildə Azərbaycanda 155 min uşağın dünyaya gəldiyini də qeyd edib.
Komitə sədri ölkədə ailə quran gənclərin 13 faizinin dünyaya uşaq gətirmək problemlərinin olduğunu açıqlayıb: “Biz hazırda qanunvericilikdə ailələrdə çoxuşaqlılığı həvəsləndirməli deyilik, bunun əvəzində uşağı olmayan ailələrə diqqət yetirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR