Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: Qadınların işə götürülməsində ayrı-seçkiliyə yol verilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: Qadınların işə götürülməsində ayrı-seçkiliyə yol verilir
# 23 noyabr 2011 08:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA-Economics. Azərbaycanda işə götürənlər sonradan ailə və uşaq məsələləri ilə bağlı yaranacaq problemlərdən özlərini kompensasiya etmək üçün qadınların işə götürülməsində ayrı-seçkiliyə yol verirlər. “APA-Economics”in məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev verib.

O bildirib ki, Azərbaycanda qadınların işə qəbulu və hüquqları ilə bağlı problemlər var və bunun olmadığını demək yanlışlıqdır: “Dövlət bu problemlərin həlli və tədbirlərin həyata keçirilməsi məqsədilə ayrıca struktur yaratmaqla yanaşı, müvafiq qanunvericilik bazası da formalaşdırıb. Buna baxmayaraq, bəzi işəgötürənlər qadınların işə qəbulu prosesində ayrı-seçkiliyə yol verirlər. Yəni əks cinsin nümayəndəsinə daha çox üstünlük verilir”.

S.Mehbalıyev qeyd edib ki, əmək qanunvericiliyinə görə, uşaqlı analar üçün iş prosesi zamanı güzəştlər tətbiq olunmalı və onların iş saatı az olmalıdır: “Əfsuslar olsun ki, bunlar çox zaman həyata keçirilmir. Buna baxmayaraq, konfederasiya qadınların hüquqlarının tanınması üçün müvafiq tədbirlərini davam etdirir. Həmkar təşkilatları sahəsində 15 638 qadın çalışır. Bunların mindən çoxu isə həmkarlar təşkilatı komitələrinin sədrləridir. Həmişə çalışırıq ki, qadınlara onların hüquqlarını izah edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR