Bank Of Baku

Azərbaycan arxeoloji abidələrinin elektron xəritəsi hazırlanır

Azərbaycan arxeoloji abidələrinin elektron xəritəsi hazırlanır
# 23 noyabr 2011 08:16 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Azərbaycan arxeoloji abidələrinin elektron xəritəsi yaradılır. Arxeoloji abidələrin elektron xəritəsinin hazırlanması işini həyata keçirənlərdən biri, tarix elmləri doktoru Xaqani Alməmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, GPRS vasitəsi ilə, arxeoloji abidələrin yerləşdiyi ünvanlar elektron xəritə üzərində yerləşdirilir. Bu isə həmin abidələrdə gələcəkdə tədqiqat və araşdırmaların aparılması işini asanlaşdıracaq. Bu kurqan, təpə və ya arxeoloji abidələrin qalıqları təbii fəlakətlər zamanı və yaxud hər hansı başqa səbəbdən tamamilə dağıdılıb sıradan çıxarsa, onların yerləşdiyi ünvanları asanlıqla müəyyən etmək mümkün olacaq. Elektron xəritənin hazırlanması işi yaxın gələcəkdə başa çatdırılacaq. Arxeoloq, bununla yanaşı, hazırda “Qarabağ arxeoloji abidələri toplusu” adlı kitabın hazırlanması prosesi getdiyini və bu nəşrin siqnal variantının çap olunduğunu da deyib. Kitaba Qarabağ bölgəsində mövcud olan araşdırılmış və arxeoloji qazıntıların aparılması nəzərdə tutulan bütün abidələr haqda məlumatlar daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR