Bank Of Baku

Türkiyənin Qaziantep Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində ədəbiyyat, sənət, mədəniyyət və musiqi” adlı simpozium keçirilib

Türkiyənin Qaziantep Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində ədəbiyyat, sənət, mədəniyyət və musiqi” adlı simpozium keçirilib
# 23 noyabr 2011 08:36 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Qaziantep Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində ədəbiyyat, sənət, mədəniyyət və musiqi” adlı simpozium keçirilib. Azəri-Türk Qadınlar Birliyindən APA-ya verilən məlumata görə, simpoziumda Azərbaycan və Türkiyə ziyalıları iştirak edib. Qaziantep Universitetinin rektoru, professor M.Yaviz Coşqunun da qatıldığı tədbirin iştirakçıları arasında millət vəkili Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyədən professor Ruhi Ərsoy, sənətçi və fikir adamı Əhməd Şəfəq və digərləri olub.
İki günlük simpoziumda Azərbaycan və Anadolunun ortaq mədəniyyəti və sənəti müzakirə edilib. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı simpoziumda “Türkiyə-Azərbaycan mədəni əlaqələrinin regional faktoru” mövzusunda çıxış edərək, öz fikirlərini simpozium iştirakçıları ilə paylaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR