Bank Of Baku

UNESCO: Azərbaycanın xalça toxuma sənətinin daha ciddi şəkildə qorunmasına ehtiyac var

UNESCO: Azərbaycanın xalça toxuma sənətinin daha ciddi şəkildə qorunmasına ehtiyac var
# 23 noyabr 2011 09:08 (UTC +04:00)
APA-nın məlumatına görə, UNESCO-nun baş direktoru İrina Bokova bəyan edib ki, tərtib edilmiş son siyahıda adı qeyd olunmuş mədəni irs növlərinin bu gün daha ciddi və təcili şəkildə qorunmasına ehtiyac var.

UNESCO-nun dünya miqyasında cəmi 51 mədəni irsin adının salındığı siyahısında Azərbaycanın xalça toxuma sənəti də var. UNESCO hesab edir ki, Azərbaycanda xalçaçılıq sənətinin xüsusiyyətləri nəsildən nəslə şifahi ötürüldüyündən onun daha etibarlı mühafizəsinə ehtiyac yaranıb.

İ. Bokova bildirib ki, mədəni irs siyahısında əks olunmuş nadir növləri yalnız insanların və hökumətlərin müştərək, davamlı səyləri gələcək nəsillərə çatdıra bilər.

UNESCO “Qeyri-maddi mədəni irs siyahısı”na Türkiyənin Kırkpınar güləş festivalı və Alevi-Bektaşi ritualı, İranın isə Taziye sənət növü də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR