Bank Of Baku

Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla töhmət verilib

Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla töhmət verilib
# 23 noyabr 2011 09:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Qızılağac Dövlət Təbiət Qoruğunda mühafizə rejimini yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı qoruğun “Qaraquş”, “Xəzər” və “Akkuşa” mühafizə postlarının ərazisində mal-qaranın otarılması faktları aşkar edilib. Həmçinin, “Xəzər” mühafizə postu ərazisində qanunsuz ovun aparılmasına dəlalət edən intensiv atəş səsləri də qeydə alınıb.

Yol verilmiş qanun pozuntuları nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada sənədləşdirilib. Aşkarlanmış aktlarla bağlı vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi nöqsanlara görə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, onun vəzifəyə uyğunluğu məsələsinin araşdırılması departament rəhbərliyinə tapşırılıb. Digər cavabdeh işçilər barəsində qanuna müvafiq qaydada intizam tənbeh tədbirləri görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR