Bank Of Baku

Azərbaycanın transsərhəd sularında Ermənistandakı AES-in və Gürcüstandakı nüvə tədqiqat reaktorunun izləri yoxdur

Azərbaycanın transsərhəd sularında Ermənistandakı AES-in və Gürcüstandakı nüvə tədqiqat reaktorunun izləri yoxdur
# 23 noyabr 2011 09:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov “”Nüvə energisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda keçirilən IV beynəlxalq konfransda deyib.

A. Qəribov bildirib ki, rəhbərlik etdiyi institut Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) birlikdə Azərbaycanın transsərhəd sularında və Xəzərin Azərbaycan sektorunda su və dib çöküntülərində radionuklidlərin tədqiqi üzrə birgə ekspedisiyalar həyata keçirib: “Dib çöküntülərində və sularda radionuklidlərin miqdarı təyin olunub, onların durumu üzrə təkliflər işlənilir. Transsərhəd sularda kimyəvi çirklənmə daha çoxdur. Bu, çox böyük problemdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bir neçə dəfə bunu müzakirə etmişik, bununla bağlı yerli və beynəlxalq qurumlara da müraciət olunub”.

A. Qəribov bildirib ki, Xəzərdə aparılan ekspedisiya da dənizin radioaktiv mühitinin fon səviyyəsində olduğunu göstərib: “Dənizdə əsasən təbii radioaktiv maddələr var, süni radionuklidlərə rast gəlmədik. Biz çox qorxurduq ki, Rusiyanın Həştərxan vilayətindən radioaktiv maddələr gələ bilər. Amma vəziyyət normaldır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR