Bank Of Baku

Dövlət Statistika Komitəsində “Demoqrafik proqnozlaşdırma” mövzusunda treninq keçirilir

Dövlət Statistika Komitəsində “Demoqrafik proqnozlaşdırma” mövzusunda treninq keçirilir
# 23 noyabr 2011 09:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Dövlət Statistika Komitəsində BMT-nin Əhali Fondu və Moskva Dövlət Universiteti ilə birgə “Demoqrafik proqnozlaşdırma” mövzusunda treninq kurs keçirilir. APA-nın məlumatına görə, noyabr 25-dək davam edəcək təlim proqramı Azərbaycanın yerli mütəxəssislərinə beynəlxalq təcrübədə istifadə olunan demoqrafik proqnozların əsas metodları, ictimai-iqtisadi və demoqrafik proqnozlaşdırmanın qarşılıqlı əlaqəsi, Dövlət Proqramlarının planlaşdırılması zamanı əhali proqnozlaşdırılmasının nəzərdə tutulmasının vacibliyi ilə bağlı məsələləri müzakirə etməyə imkan yaradacaq.

Təlim Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Əhali problemlərinin öyrənilməsi üzrə mərkəzindən dəvət olunmuş iki beynəlxalq mütəxəssis tərəfindən keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR