Bank Of Baku

Sorğu: Azərbaycanda qadınlar işəgötürənlər tərəfindən diskriminasiyaya məruz qalır

Sorğu: Azərbaycanda qadınlar işəgötürənlər tərəfindən diskriminasiyaya məruz qalır
# 23 noyabr 2011 09:56 (UTC +04:00)
AHİK-dən “APA-Economics”ə verilən məlumata görə, 2011-ci ilin iyun-sentyabr aylarında aparılan sorğuda 18-65 yaş arasında çalışan qadın işçi qüvvəsi iştirak edib. Respondentlərin böyük hissəsi iqtisadi cəhətdən aktiv hesab edilən kateqoriyaya aid olan qadınlardır olub. Araşdırmanın məqsədi isə əmək sahəsində qadın ayrı-seçkiliyini yaradan faktorları aydınlaşdırmaq, qadınlara qarşı diskriminasiya hallarını araşdırmaq və əmək bazarında qadınların vəziyyətini öyrənməkdir.

Respublikanın 4 bölgəsində aparılan sorğunun nəticələrinə görə, qadınların işəgötürənlər tərəfindən diskriminasiyaya məruz qalması aşkar olunub. Ümumi nəticə göstərir ki, Gəncə bölgəsində qadınlar daha çox diskriminasiyaya məruz qalır. Belə ki, əgər bu bölgədə respondentlərin 20%-i belə halların olduğunu qeyd edirsə, Mingəçevir və Quba bölgəsində bu rəqəmlər 12 və 16%, Lənkəran regionunda isə 9% səviyyəsindədir. Ümumilikdə bütün bölgələr üçün bu göstərici 14% təşkil edir. “Hansı hallarda diskriminasiyaya məruz qalırlar?” sualını cavablandıran respondentlərin səmimiliyi şübhə doğurub. Bütün bölgələrdə isə ayrı-seçkilik hallarının işə qəbul zamanı baş verdiyi bildirilib.

Sorğuda iştirak edənlərin 35%-i isə öz hüquqlarını bilmədiyini deyib: “Eyni işə görə qadınların Lənkəranda 19, Qubada 18, Mingəçevirdə 19, Gəncədə isə 16%-i kişilərlə bərabər əmək haqqı almadıqlarını söyləyiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR