Bank Of Baku

Azərbaycan prezidenti Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnaməni təsdiqləyib

Azərbaycan prezidenti Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnaməni təsdiqləyib
# 23 noyabr 2011 10:34 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, Nazirlər Kabinetinə qüvvədə olan normativ hüquqi aktların fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək və fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Əsasnaməyə görə, FHN-in Su Ehtiyatları Dövlət Agentliyi balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Agentlik vəzifələrini yerinə yetirərkən FHN və onun tabeliyində olan struktur bölmələri, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

Agentliyin saxlanması və fəaliyyəti FHN-ə ayrılmış büdcə vəsaitləri, tabeliyindəki hüquqi şəxslər tərəfindən əldə olunan vəsaitlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR