Bank Of Baku

Azərbaycanın neft-qaz hasil edilən ərazilərində radiasiya norması bir neçə dəfə artıqdır

Azərbaycanın neft-qaz hasil edilən ərazilərində radiasiya norması bir neçə dəfə artıqdır
# 23 noyabr 2011 11:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanın neft-qaz çıxarılan ərazilərində radiasiya norması bir neçə dəfə artıqdır. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bu gün keçirilən “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda IV beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, həmin ərazilər lokal xarakterli olduğundan kənar ərazilərə təsiri yoxdur. Radiasiya ilə çirklənmiş ərazilər yalnız yaxın 5-10 metr məsafədəki ərazilər üçün problem yarada bilər.

A. Qəribov deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən Abşeron yarımadasının və buradakı palçıq vulkanlarının ərazilərində radioekoloji durum tətbiq olunub, ayrı-ayrı lokal çirklənmə sahələri üzrə təkliflər hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR