Bank Of Baku

Azərbaycanda orta məktəblərin akkreditasiyasına dekabrda başlanıla bilər

Azərbaycanda orta məktəblərin akkreditasiyasına dekabrda başlanıla bilər
# 23 noyabr 2011 11:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda orta məktəblərin akkreditasiyasına dekabr ayında başlanıla bilər. Bu haqda APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, ümumtəhsil müəssisələrinin akkreditasiyası tərtib edilən qrafikə uyğun həyata keçiriləcək.

Prosesi ilkin olaraq 11 pilot məktəbi əhatə edəcək. Həmin məktəblər Gəncə şəhər 27 saylı, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir.

Qeyd edək ki, “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”ın yaxın günlərdə təsdiq ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR