Bank Of Baku

Lerikin Hamarmeşə kəndində yeni məktəbin açılışı olub

Lerikin Hamarmeşə kəndində yeni məktəbin açılışı olub
# 23 noyabr 2011 17:54 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Noyabrın 23-də Lerik rayonunun Hamarmeşə kəndində dövlət vəsaiti hesabına inşa edilmiş ikimərtəbəli 220 yerlik yeni orta məktəb istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Lerik Rayon Təhsil Şöbəsinin müdir əvəzi Cəbrayıl Surətov, kənd ağsaqqalları, müəllim və şagirdlər çıxışlarında milli təhsilimizin inkişafı məqsədilə dövlət tərəfindən icra olunan layihələri yüksək dəyərləndiriblər. Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar hər cür müasir avadanlıqlarla təchiz olunmuş binanın içərisində yaradılmış şəraitlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR