Bank Of Baku

Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb

Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb
# 24 noyabr 2011 08:16 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Azərbaycanın şimal bölgəsində hava şəraiti yenidən kəskin dəyişib. APA-nın şimal bürosunun xəbərinə görə, havanın temperaturu birdən-birə 12-13 dərəcə aşağı düşüb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, hazırda Qubanın Xınalıq və Qırız kəndlərində 14-15 dərəcə şaxta müşahidə olunur. Bölgənin bütün rayonlarına qar yağır. Ən çox qar isə Xızı rayonunun Altıağac yaşayış massivində qeydə alınıb. Burada qarın qalınlığı 28 santimetr təşkil edir. Hidrometeoroloqlar bu cür hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR