Bank Of Baku

Rektor: “Özəl universitetlərdə müəllimlərin əmək haqları ilə bağlı tətbiq olunan prinsip dövlət müəssisələrində də tətbiq edilməlidir”

Rektor: “Özəl universitetlərdə müəllimlərin əmək haqları ilə bağlı tətbiq olunan prinsip dövlət müəssisələrində də tətbiq edilməlidir”
# 24 noyabr 2011 08:40 (UTC +04:00)
Bakı. Sevil Zeynnalqızı - APA. “Müəllimlərin əmək haqları onların bilik və bacarıqlarına görə müəyyənləşməlidir. Bunun üçün universitetlərdə keyfiyyət departamentləri yaradılmalı, həmin departament müəllimlərin ümumi səviyyəsini müəyyənləşdirməlidir. Azərbaycanın özəl universitetlərində müəllimlərin əmək haqları fərqləndirilir, bu prinsip dövlət müəssisələrində də tətbiq olunmalıdır”. APA-nın məlumatına görə, bunu Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bu gün Azərbaycan Dillər Universitetində keçirilən tədbirdə deyib. Ə. Vəliyev bildirib ki, müəllimlərin bilik səviyyələrinin müəyyənləşdirilməsi üçün imtahanlar keçirilməlidir: “Bizim universitetdə belə imtahanlar aparılır, zəif müəllimlər güclü müəllimlərlə əvəz edilir. Deyirik ki, müəllimlərin əmək haqları azdır. Bu sistem tətbiq olunsa, müəllimlərin maaşları istənilən səviyyədə ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR