Bank Of Baku

Dövlət Opera və Balet Teatrından Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə 2002-2011-ci illəri əhatə edən materiallar verilib

Dövlət Opera və Balet Teatrından Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə 2002-2011-ci illəri əhatə edən materiallar verilib
# 24 noyabr 2011 08:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə Dövlət Opera və Balet Teatrından 2002-2011-ci illəri əhatə edən 116 fotosənəd, 28 slayd və 10 ədəd videomaterial daxil olunub. Arxivdən APA-ya verilən məlumata görə, sənədlər arasında Üzeyir Hacıbəyovun “Arşın mal alan”, M. Maqomayevin “Şah İsmayıl”, Q. Qarayevin “Yeddi gözəl”, P. Çaykovskinin “Qu gölü”, L. Minkusun “Don Kixot”, İ. S. Ştrausun “Düyməcik”, J. Bizenin “Karmen”, P. Moskonyinin “Kənd namusu” N. Əliverdibəyovun “Cırtdan”, A. Mostartın “Sehrli fleyta” əsərlərinin səhnə təqdimatı salnamələri var.

Hazırda sənədlərin müfəssəl məzmunu hazırlanır və Arxiv Fonduna qəbul üçün rəsmiləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR