Bank Of Baku

Bakıda “Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyaların rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir

Bakıda “Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyaların rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir
# 24 noyabr 2011 09:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiya Mərkəzinin (EİM) təşkilatçılığı ilə “Ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyaların rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. APA-nın məlumatına görə, Rusiya, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstandan qonaqların iştirak etdiyi konfrans Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub.

Konfransın açılışında çıxış edən EİM-in direktoru Fərman Qasımov bildirib ki, müstəqillik illərində ölkə iqtisadiyyatı şərəfli yol keçib. Azərbaycan iqtisadiyyatın inkişafı üzrə bütün dünya reytinqlərində irəliləyib. Bununla bərabər ölkə iqtisadiyyatının inkişafında elmi innovasiyaların geniş tətbiqinə zərurət olduğunu deyən F. Qasımov bildirib ki, konfransda elektron informasiya resurslarının inkişafı və istifadəsi yolları, ölkənin sosial-iqtisadi inkişafının əsas amili kimi innovasiya biznesinin inkişafı, innovasiya layihələri və onların ölkə iqtisadiyyatının bütün sahələrində rolu, ölkənin sahibkarlıq sektorunun innovasiya işləmələrinə cəlb edilməsinin yolları müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR