Bank Of Baku

Bakıda “Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq” mövzusunda elmi-praktik konfrans keçirilir

Bakıda “Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq” mövzusunda elmi-praktik konfrans keçirilir
# 24 noyabr 2011 09:43 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq” mövzusunda respublika elmi-praktiki konfransı keçirilir. APA-nın məlumatına görə, konfransda çıxış edən ADU-nun elmi işlər üzrə prorektoru Dünyamin Yunusov bildirib ki, konfransa 100-dək məruzə daxil olub. İki gün davam edəcək tədbirdə kadr hazırlığı, beynəlxalq təhsilə inteqrasiya, universitet auditoriyalarının idarə olunması və sair mövzularda məruzələr dinləniləcək.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev çıxışında deyib ki, hazırda Azərbaycanda ən böyük problem keyfiyyətli kadr hazırlığı ilə bağlıdır. Universitetlərarası dialoqun bu baxımdan əhəmiyyətli olduğunu deyən rektorun sözlərinə görə, Azərbaycandakı universitetlər bir-birləri və xarici universitetlərlə sıx əlaqələr yaratmalıdır: “Universitetlər bir-birlərinin təcrübələrini öyrənməli və inkişaf etdirməlidirlər. Mən hələ eşitməmişəm ki, bir universitet digəri ilə keyfiyyətli kadr hazırlığı ilə bağlı müqabilə imzalasın. Bu yoxdur. Yalnız Qafqaz, Odlar Yurdu və Xəzər universitetləri arasında bu istiqamətdə birgə əməkdaşlıq haqqında müqavilə bağlanılıb”.
Noyabrın 25-də davam etdiriləcək konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək və yekun sənəd qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR