Bank Of Baku

Misir Mərdanov Şimali Kiprin baş nazirinin xanımının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Misir Mərdanov Şimali Kiprin baş nazirinin xanımının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
# 24 noyabr 2011 10:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov bu gün Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) baş nazirinin xanımı Gülin Küçükün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlunun da iştirak etdiyi görüşdə təhsil naziri G.Küçükün “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2011-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçiriləcək beynəlxalq konfransa qatılmasının önəmli olduğunu deyib. M. Mərdanov O, müvafiq proqram çərçivəsində mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkil edildiyini bildirib.

G.Küçük Azərbaycanla Şimali Kipr arasında yaradılan əlaqələrdə təhsil sahəsinin xüsusi yeri olduğunu bildirib. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışan G.Küçük birgə əlaqələrin yüksək töhfələr verəcəyinə inamını ifadə edib.

Z. Qazioğlu qeyd edib ki, iki ölkə arasında təhsil sahəsindəki əlaqələr son illər daha da genişlənib. Onun sözlərinə görə, Şimali Kiprin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı artıb, ötən il tələbələrin sayı 407 olduğu halda, bu il həmin rəqəm 600-ə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR