Bank Of Baku

Səlim Müslümov: «Gələcəkdə Azərbaycanda kənd təsərrüfatında çalışanların pensiya təminatı ilə bağlı problem yarana bilər»

Səlim Müslümov: «Gələcəkdə Azərbaycanda kənd təsərrüfatında çalışanların pensiya təminatı ilə bağlı problem yarana bilər»
# 24 noyabr 2011 12:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

S.Müslümov yerlərdə pensiyaçıların qarşılaşdıqları bankomat çatışmazlığı problemindən də danışıb. Rəhbərlik etdiyi qurumun banklarla daim bu məsələdə əməkdaşlıq etdiyini deyən S.Müslümov bildirib ki, əvvəllər bankomatlar 1,2 mln. nəfərə xidmət edirdisə, indi 5 mln. nəfərə xidmət edir. «Gələn ilin əvvəlində yeni bankomatlarla bağlı tender keçirəcəyik və 1 000 nəfər üçün 1 bankomat nəzərdə tutulacaq. Səyyar bankomatların da gələn ilin birinci rübündə Mərkəzi Bank tərəfindən alınaraq istifadəyə verilməsi nəzərdə tutulur. Bu zaman kəndlərdən gəlməyə ehtiyac olmayacaq, ora maşınlarda bankomat göndəriləcək. SMS-lə mesaj göndərilməsi məsələsi üzərində də iş gedir», - deyə Fondun sədri bildirib.

DSMF sədri qeyd edib ki, tikinti, şadlıq evləri və digər sahələrdə çalışan insanların məcburi sosial sığortaya cəlb edilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi ilə birgə iş aparılır: «Bu sahədə iş davam edir. Amma açıq şəkildə demək lazımdır ki, 2003-cü ildən bu günə kimi Fondda qeydiyyata alınanların 500 min nəfərdən çoxu yeni iş yerlərində çalışanlarıdır. Onu da deyim ki, kənd təsərrüfatında çalışanlar sosial sığorta ödəmirlər və gələcəkdə pensiya məsələsində onlarla bağlı problem yarana bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR