Bank Of Baku

Portuqaliyada kütləvi tətil başlayıb

Portuqaliyada kütləvi tətil başlayıb
# 24 noyabr 2011 13:07 (UTC +04:00)
Bakı - APA-Economics. Portuqaliyada keçirilən kütləvi tətil hava limanlarının və ictimai nəqliyyatın fəaliyyətini iflic edib.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, tətilçilər hökumətin Beynəlxalq Valyuta Fondundan 78 mln. avro kredit almaq üçün büdcəni kəskin ixtisar etməyinə etiraz edirlər.

Tətilə ilk olaraq aviadispetçerlər və Lissabon metrosunun işçiləri başlayıblar. Onları 1 mln. nəfər üzvü olan iki həmkarlar ittifaqı dəstəkləyir. Müəllimlər və həkimlər də işlərini dayandıracaqlarını vəd ediblər. Ümumilikdə aksiyaya yüz min nəfərin qoşulması gözlənilir ki, bu da Portuqaliya tarixində ən böyük tətil demək olacaq.

Gələn həftə Portuqaliya parlamenti büdcəyə qənaət tədbirlərini qəbul edəcək. Tədbirlər paketi vergilərin artırılmasını və sosial sahəyə, o cümlədən səhiyyəyə ayrılan xərclərin azaldılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR