Bank Of Baku

Həkimlərə şüa diaqnostikası üzrə kurslar keçiriləcək

Həkimlərə şüa diaqnostikası üzrə kurslar keçiriləcək
# 24 noyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanlı həkimlərə şüa diaqnostikası üzrə kurslar keçiriləcək. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Noyabrın 28-də başlayacaq kurslar Səhiyyə Nazirliyi ilə Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresi arasında imzalanmış sazişə əsasən bu ölkənin bir qrup professor və dosent heyəti tərəfindən keçiriləcək. Bir aylıq kurslar azərbaycanlı müdavimlərin iştirakı ilə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun bazasında təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR