Bank Of Baku

Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin baş katibini qəbul edib - FOTO

Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin baş katibini qəbul edib - <font color=red>FOTO</font>
# 25 noyabr 2011 11:19 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin baş katibi Mustafa əl-Advanı qəbul edib. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə İordaniyanın Azərbaycandakı səfiri Adil Məhəmməd Adayla da iştirak edib.
Rektor BDU haqqında qonaqlara məlumat verib, əsasən beynəlxalq əlaqələrindən danışıb. Mustafa əl-Advanı səfərinin məqsədinin Azərbaycanda ali təhsilin səviyyəsinin öyrənmək olduğunu açıqlayaraq, İordaniya Universitetinin BDU ilə əməkdaşlığa səmərəli nəticələr verəcəyini qeyd edib, xüsusən də nanotexnologiyalar sahəsində əməkdaşlığı vurğulayıb. Tərəflər tədqiqatçı, tələbə və müəllimlərin mübadiləsi, birgə layihə və proqramlarda iştirakı nəzərdə tutan memorandumun hazırlanması barədə razılığa gəliblər. Qonaqlar BDU-nun Nanotexnologiya Laboratoriyasında və digər elmi mərkəzlərində olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR