Bank Of Baku

Qəbələdə gənc ekoloqların beynəlxalq düşərgəsi başlayıb

Qəbələdə gənc ekoloqların beynəlxalq düşərgəsi başlayıb
# 25 noyabr 2011 11:24 (UTC +04:00)
APA-nın məlumatına görə, beynəlxalq tədbirin məqsədi ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin və xüsusən də gənclərin səylərini əlaqələndirməkdir. 35-dən çox ölkə nümayəndəsinin qatıldığı Qəbələ düşərgəsi bu sahədə hökumətlərin və cəmiyyətlərin edə biləcəklərini müəyyənləşdirməlidir.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, ekoloji problemlərin ciddi fəsadlara çevrilməməsi üçün gənclərin üzərinə xüsusi yük düşür. O, son illər Azərbaycanda Xəzərin ekoloji mühafizəsi, yeni-yeni meşə sahələrinin salınması, nadir heyvan növlərinin qorunması sahəsində görülən işlərdən söz açıb: “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi və son illər ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Ətraf mühitin mühafizəsi bizim ümumi işimizdir”.

Tədbir iştirakçıları önündə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə bəyan edib ki, son illər Azərbaycanın maliyyə imkanlarının artması ekologiya sahəsinə sərmayə qoyuluşlarını artırmağa şərait yaradıb. Nazir Azərbaycan əhalisini içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı boru kəmərinin istismara verildiyini xatırladıb. O, Xəzər dənizinə çirkli tullantıların atılmasının qarşısını almaq üçün tədbirlərin görüldüyünü də söyləyib.

Daha sonra tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov gənclərin ekoloji problemlərin yoluna qoyulmasında xüsusi çəkiyə malik olduqlarını vurğulayıb. Onun sözlərinə görə, bu sahədə irəliləyişə nail olmaq üçün dünya gənclərinin bir platformadan çıxış etməsi zəruridir. Bu mənada Qəbələ düşərgəsi önəmli rol oynaya bilər.

Tədbir öz işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR