Bank Of Baku

İraqın bələdiyyələr və ictimai işlər naziri Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb – FOTO

İraqın bələdiyyələr və ictimai işlər naziri Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb – <font color=red>FOTO </font>
# 25 noyabr 2011 11:24 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda səfərdə olan İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Adil Muheydər Razi Əl-Maliki Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb. APA-nın xəbərinə görə, İşçi qrupunun rəhbəri İlham Məmmədov deyib ki, Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixi vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlər daha da genişlənib. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirib.
Bir neçə gün sonra İraqa səfər edəcəyini bildirən işçi qrupunun üzvü, deputat Qənirə Paşayeva Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib.
Adil Muheydər Razi Əl-Maliki Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qonaq Azərbaycanda dinamik inkişafın şahidi olduqlarını vurğulayıb və İraqın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR