Bank Of Baku

Misir Mərdanov: “Bu il 105 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb”

Misir Mərdanov: “Bu il 105 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb”
# 25 noyabr 2011 11:26 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu il internat məktəbləri və uşaq evlərindən 105 uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb: “Ölkə üzrə ümumilikdə 465 nəfər uşagın internat məktəblərinə düşməsinin qarşısı alınıb. Layihənin uğurla başa çatması nəticəsində uşaqlar üçün daha etibarlı müdafiə sistemi qurulacaq”.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bioloji valideyini və ya himayədarı olan uşaqların dövlət uşaq müəssisələrinə verilməsinin qarşısını almaq üçün dövlət tərəfindən həmin ailələrə yardımlar göstərilməlidir. Uşaqların dövlət uşaq müəssisələrinə verilməsi həm də uşaqlar üçün psixoloji zərbədir: “Azərbaycanda dövlət uşaq müəssisələrində olan 9776 uşaqdan 3750 nəfəri həmin müəssisələrdə gecələyir, 6026 nəfəri isə axşamlar evə gedir. Deməli onların ya bir valideyni, ya bioloji valideyni ya da himayəçisi var. Sadəcə, həmin ailələr uşaqlarını imkansızlıqdan uşaq müəssisələrinə göndərirlər, pulsuz yemək, paltar və dərs vəsaitləri üçün”. Millət vəkilinin sözlərinə görə, həmin ailələrə dövlət tərəfindən kömək edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR