Bank Of Baku

Ali məktəblərə qəbul imtahanlarında I və II ixtisas qrupları üzrə yeni test modeli müəyyənləşdiriləcək

Ali məktəblərə qəbul imtahanlarında I və II ixtisas qrupları üzrə yeni test modeli müəyyənləşdiriləcək
# 25 noyabr 2011 13:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda 2011-ci ildə ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının statistik göstəricilər əsasında elmi-metodiki müzakirəsi aparılıb. Test tapşırıqlarının qəbul proqramına və dərsliklərə uyğun olduğu bildirilib.
Test tapşırıqlarının mövzular üzrə təhlili göstərib ki, abituriyentlərin əksəriyyəti triqonometriyaya, parametr daxil olan tənlik və bərabərsizliklərə, loqarifmik və irrasional ifadələrin çevrilməsinə, funksiyaların təyin oblastı, qiymətlər çoxluğu və törəməsinin tapılmasına, onluq kəsrlər və faiz bölmələrinə aid tətbiqyönumlü test tapşırıqlarına, həndəsənin, demək olar ki, bütün bölmələrinə aid test tapşırıqlarına nisbətən zəif cavab veriblər.

Növbəti seminar iclasında I və II ixtisas qrupları üzrə yeni test modelinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR