Bank Of Baku

Azərbaycanda bu il 1713 baş iri buynuzlu, 778 baş xırda buynuzlu heyvanda brusellyoz xəstəliyi aşkarlanıb

Azərbaycanda bu il 1713 baş iri buynuzlu, 778 baş xırda buynuzlu heyvanda brusellyoz xəstəliyi aşkarlanıb
# 26 noyabr 2011 07:57 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu il Azərbaycanda 1713 baş iri buynuzlu, 778 baş xırda buynuzlu heyvanda brusellyoz xəstəliyi aşkar edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, bu ilin 10 ayı ərzində həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 1134901 baş iri buynuzlu, 306546 baş xırda buynuzlu heyvanlardan qan nümunəsi alınaraq laboratoriyalarda seroloji müayinə aparılıb. Məlumatda bildirilir ki, xəstəliyin aşkar edildiyi 1713 baş iri buynuzlu, 778 baş xırda buynuzlu heyvanlar brusellyozun təlimatına uyğun olaraq zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb.

Brusellyoza görə 4606997 baş davar təlimata uyğun olaraq Rev-1 vaksini ilə peyvənd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR