Bank Of Baku

Azərbaycanın baytarlıq qanunvericiliyi Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdırılır - FOTO

Azərbaycanın baytarlıq qanunvericiliyi Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdırılır  - <font color=red>FOTO </font>
# 26 noyabr 2011 08:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda “Azərbaycan baytarlıq qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması məsələsi ilə bağlı FAO-nun ekspertlərinin tövsiyələrinin müzakirəsi”nə dair seminar-treninqin keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, tədbirdə milli baytarlıq qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertlərinin iştirakı ilə müəyyən edilmiş bir sıra boşluqların aradan qaldırılmasının işlək mexanizminin hazırlanmış ilkin variantının müzakirəsi aparılıb.

Seminarda DBX rəisi Sialə Rüstəmova qanunvericilik sahəsində aparılan islahatlardan, onun Avropa İttifaqı qanunvericiliyinə uyğunladırılması istiqamətində atılan addımlardan danışıb.

Tədbirdə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi, təsərrüfatların qeydiyyat sisteminin təşkili, xəstəliklərin baş verməsi zamanı məcburi məhv edilmiş heyvan və quşlara görə kompensasiya mexanizminin təkmilləşdirilməsi məsələləri haqqında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR