Bank Of Baku

Azərbaycanda intellektual laboratoriya yaradılacaq

Azərbaycanda intellektual laboratoriya yaradılacaq
# 28 noyabr 2011 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev bildirib.

İntellektual laboratoriyanın yaradılması “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə“ Dövlət Proqramında nəzərdə tutulub: “Azərbaycanda gənc alimlər üçün məlumat bazasının yaradılması, sonradan bu məlumat bazası əsasında qrantlar və digər vasitələrlə onların daha fəal elmi fəaliyyətə cəlb olunması Dövlət Proqramının Fondun qarşısında qoyduğu əsas vəzifələrdəndir. Artıq ölkədə gənc alimlər üçün ilk qrant müsabiqəsi elan olunub. Müsabiqənin nəticələri 2 fevral - Gənclər Günündə elan ediləcək. Növbəti mərhələdə isə Azərbaycanda intellektual laboratoriyanın yaradılması ilə məşğul olacağıq. Bu işdə tək Fond yox, AMEA və elmlə məşğul olan digər qurumlar da iştirak edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR