Bank Of Baku

“İqtisadi inkişaf dövründə elm və texnologiya statistikası və göstəriciləri” mövzusunda təlim-seminar başlayıb

“İqtisadi inkişaf dövründə elm və texnologiya statistikası və göstəriciləri” mövzusunda təlim-seminar başlayıb
# 28 noyabr 2011 09:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı, UNESCO-nun təşkilati dəstəyi ilə “İqtisadi inkişaf dövründə elm və texnologiya statistikası və göstəriciləri” mövzusunda üç günlük milli seminar-təlim başlayıb. APA-nın məlumatına görə, fondun icraçı direktoru Elçin Babayev bildirib ki, son illər Azərbaycanla UNESCO arasında əməkdaşlıq əlaqələri dərinləşib. Seminar-treninqin keçirilməsində məqsəd elm, texnologiya üzrə göstəricilərin araşdırılması, inkişaf etməkdə olan ölkələr üçün bu göstəricilərin dinamikasının müzakirəsi, bu sahədə əksər MDB ölkələri üçün ortaq olan bir sıra metodoloji problemlərin araşdırılması, dövlətin elm və texnologiya siyasətinin tam dəstəklənməsi üçün reallığa əsaslanan göstəricilərin istifadəsinin təşviqi və tətbiqi məsələlərinin araşdırılmasıdır.

Seminar-treninqin iştirakçıları arasında ölkənin bir sıra dövlət qurumlarından seçilmiş yüksək səviyyəli kadrlar var. Seminar-treninqin sonunda onlara beynəlxalq sertifikatlar veriləcək, gələcəkdə həmin şəxslərdən UNESCO ekspertləri kimi istifadə ediləcək.

E. Babayev deyib ki, elm və texnologiya üzrə bu göstəricilərdən “Elmin inkişafı üzrə Milli Strategiya”nın uğurla həyata keçirilməsində, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənc alimlərlə bağlı nəzərdə tutulan müvafiq bəndlərin icrasında istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR