Bank Of Baku

Azərbaycanda gənclərin mənzil problemlərinin həlli üçün xüsusi fond yaradılacaq

Azərbaycanda gənclərin mənzil problemlərinin həlli üçün xüsusi fond yaradılacaq
# 28 noyabr 2011 09:04 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, bölgələrdə gənclər üçün evlərin tikilməsi məqsədilə Gənclər və İdman Nazirliyinə torpaq sahələrinin və yerlərin ayrılmasına başlanıb. Bu işlər gənclərin dəstəklənməsi üçün xüsusi yaradılacaq Gənclər Fondunun hesabına görüləcək: “Fondun əsasnaməsi artıq hazırdır və yaxın vaxtlarda fəaliyyətə başlaması gözlənilir”.

Paralel olaraq nazirlik gənclər üçün ipoteka proqramı üzərində də işləyir. Nazir qeyd edib ki, büdcədən sosial ipotekaya ayrılan vəsaitlər artırılmalı, şərtlər isə gənclər üçün daha əlverişli olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR